RU

ADPU-nun tələbə və məzunları mükafatlandırılıb

Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzi (ADPU SİM) tərəfindən ölkəmizdə həyata keçirilən TIMSS 2023 və ICILS 2023 beynəlxalq şagird qiymətləndirmə tədqiqatlarının təşkilində iştirak edən ADPU-nun tələbə və məzunları müvafiq sertifikatlarla təltif olunub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədəADPU-dan bildirilib.

TIMSS (Trends in Mathematics and Science Study) – riyaziyyat və elm üzrə beynəlxalq qiymətləndirmə tədqiqatı olub, IV və VIII sinif şagirdlərinin riyaziyyat və elm sahələri üzrə biliklərini qiymətləndirmək məqsədilə Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üçün Beynəlxalq Assosiasiya (IEA) tərəfindən hər 4 ildən bir təşkil olunur.

Məlumat üçün bildirək ki, ADPU SİM tərəfindən TIMSS 2023 qiymətləndirməsindən öncə həyata keçirilən şagird təlimlərinə IV siniflər üzrə 4110, VIII siniflər üzrə 5433 olmaqla, cəmi 9543 təhsilalan cəlb olunub. IV siniflərdə qiymətləndirmə 199 məktəbin 234 sinfində, VIII siniflərdə 196 məktəbin 260 sinfində kompüterəsaslı, 50 məktəbin 79 sinfində kağızəsaslı olmaqla təşkil edilib. Ümumilikdə 6961 IV sinif şagirdi, 6914 VIII sinif şagirdi kompüterəsaslı qiymətləndirmə tədqiqatında ölkəmizi təmsil edib.

Bununla yanaşı, ADPU SİM-in təşkilatçılığı ilə peşəkar qiymətləndirmə mütəxəssislərinin dəstəyi, Universitetin tələbə və məzunlarının iştirakı ilə 2023-cü ilin iyul-avqust aylarında baş tutan TIMSS 2023 tədqiqatının açıq suallarının yoxlanılması (scoring) prosesində 59.675 ədəd IV sinif, 66.284 ədəd VIII sinif şagirdlərinin cavabları qiymətləndirilib. TIMSS 2023 valideyn sorğularının (Early Learning Survey) elektron bazaya daxil edilməsi (punching) prosesində isə IV siniflərdə 6621 ədəd, VIII siniflərdə 1880 ədəd kağızəsaslı sorğu elektronlaşdırılıb, 2012 ədəd nailiyyət testi beynəlxalq sistemə daxil edilib.

Həmçinin VIII sinif şagirdlərinin kompüter və informasiya savadlılığı üzrə beynəlxalq qiymətləndirmə tədqiqatı olan ICILS (Trends in International Mathematics and Science Study) tədqiqatında Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və digər regionlarda şagird və müəllim təlimləri, regionlarda qiymətləndirmənin təşkili, açıq sualların yoxlanılması prosesləri də ADPU SİM tərəfindən icra olunub. Yalnız VIII siniflərin iştirakı ilə kompüterəsaslı ICILS qiymətləndirməsində, ümumilikdə 32.936 açıq sualın yoxlanışı həyata keçirilib.

Избранный
73
2
sia.az

3Источники