RU

“Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydası” təsdiqlənib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydası”nı təsdiq edib.

"Report" xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Bu Qayda “Sığorta fəaliyyəti haqqında” və “İcbari sığortalar haqqında” qanunlara uyğun olaraq hazırlanıb, sığorta ehtiyatlarını təmin edən aktivlərin diversifikasiya səviyyəsi, etibarlılığı, investisiyaya yönəldilməsi, rentabelliyi, likvidliyi, tərkibi və digər keyfiyyət meyarları nəzərə alınmaqla, sığorta ehtiyatlarının tərkibini, formalaşdırılması və sığorta ehtiyatlarında təkrarsığortaçıların payının hesablanması qaydalarını, həmçinin katastrofik risklərin meyarlarını tənzimləyir.

İcbari sığorta növləri üzrə sığorta ehtiyatları “İcbari sığortalar haqqında” qanunun tələbləri nəzərə alınmaqla bu Qaydaya uyğun olaraq hesablanır.

AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Избранный
615
14
report.az

10Источники