...Köhnəlmiş nikah qanunu sayəsində 500 ildən sonra bütün Yaponiya vətəndaşları eyni soyada sahib olacaqlar. “The Guardian” yazır ki, Yaponiya evli cütlüklərin eyni soyadlara sahib olmasını tələb edən qanuna son qoymasa, yeni araşdırmaya görə, hər bir yapon 2531-ci ilə qədər “Sato-san” kimi tanınacaq.
SİA-nın əldə etdiyi məlumata görə, 2023-cü ilin martında keçirilən sorğuya əsasən, “Sato” artıq Yapon soyadları siyahısına başçılıq edir, ümumi əhalinin 1,5 faizini təşkil edir, ikinci yerdə “Suzuki” gəlir.
Araşdırmanın müəllifi, Toxoku Universitetinin iqtisadiyyat professoru Hiroşi Yoşidanın hesablamalarına görə, Sato adlı yaponların payı 2022-ci ildən 2023-cü ilə qədər 1,0083 dəfə artıb.
Bu nisbətin sabit qaldığını və soyad qanunlarında heç bir dəyişiklik olmadığını fərz etsək, Yaponiya əhalisinin təxminən yarısı 2446-cı ildə bu ada sahib olacaq, 2531-ci ildə isə 100 faizə yüksələcək.
...Yaponiyada cütlüklər evlənərkən hansı soyaddan istifadə edəcəklərini seçməlidirlər, lakin 95 faiz hallarda qadın adı dəyişir. Hökumətin pasportlarda, sürücülük vəsiqələrində və yaşayış yerindən arayışlarda evli adların yanında qız soyadının göstərilməsinə icazə versə də, Yaponiya dünyada həyat yoldaşlarının eyni soyaddan istifadə etməsini tələb edən yeganə ölkə olaraq qalır.
Nazlı