RU

Tütün məhsullarının istehsalında fermerlərə dəstək göstərilmir - Millət vəkili

Tütünlə məşğul olan fermerlərə stimullaşdırıcı dəstək göstərilmir. Bunu deputat Müşfiq Cəfərov deyib.

"Kənd təsərrüfatı sahəsində avadanlıqlara lizinq və subsidiyalar verilir. Amma bu tütün istehsalı avadanlıqlarına aid edilmir. Tütün də kənd təsərrüfatı məhsuludur. Əgər kefiyyətli məhsul istehsal etmək istəyiriksə bu sahəyə dəstək olmalıyıq. Ötən il 2 min hektarda tütün əkilib. Bunu genişləndirməliyik. Bu işlə məşğul olan rayonlarımız olub. Bu pratika var artıq. Dəstəkləmək yaxşı nəticələr verə bilər”, - deputat aprelin 6-da Milli Məclisin Aqrar siyasət komitəsində "Qida təhlükəsizliyi haqqında" haqqında qanunda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinə münasibət bildirərkən söyləyib. 


Deputat bildirib ki, kefiyyətli məhsul istehsal etməsək tütün idxalı artaracaq. 


Gülnar 
www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
157
40
anews.az

10Источники