RU

Xavi "Barselona"ya tələb irəli sürdü

"Barselona"nın baş məşqçisi Xavi klubda qala bilər.

“İki sahil” xəbər verir ki, bu barədə sport.es məlumat yayıb.

44 yaşlı mütəxəssis klub rəhbərliyinə tələb irəli sürüb. Xavi "Barselona"nın uzunmüddətli layihəsi ilə bağlı aydın təminat almaq istəyir.

Xavinin klubun maddi sıxıntılarını nəzərə alaraq mütləq komandaya gətiriləcək olan futbolçulardan ibarət transfer siyahını görmək istədiyi bildirilir.

Xatırladaq ki, yanvarın sonunda Xavi cari mövsüm başa çatdıqdan sonra Kataloniya klubundan ayrılacağını açıqlamışdı.

Избранный
205
49
ikisahil.az

10Источники