RU

Millinin sabiq baş məşqçisi: "Türkiyədəki turnir yığmamız üçün son şansdır"

"İstanbuldakı turnirdə millimizin heyətində böyük dəyişikliklər olacaq".

Bunu "FutbolPress"ə açıqlamasında yunan-Roma güləşi üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Elçin Cəfərov deyib:

Mütəxəssis 6 lisenziya qazanan sərbəst güləş üzrə milli komandanın tək məqsədinin hazırda olimpiadaya hazırlaşmaq olduğunu bildirdi:

"Sərbəst güləşçilərimizin çıxışı hər birimizi sevindirdi. Artıq bütün çəkilərdə lisenziyamız var. Hazırda millimiz Olimpiya Oyunlarına hazırlaşmalıdır. Orada da özlərini ən yaxşı tərəfdən göstərib, medallar qazanmalıyıq".

Cəfərov yunan-Roma milli komandamızın heyətində dəyişikliklərin olacağını ehtinmal edir:

"Yunan-Roma və qadın güləşi barədə danışdıqda isə hələ heç nə bitməyib. Məlum olduğu kimi, mayda Türkiyədə Dünya Olimpiya Təsnifat turniri keçiriləcək. Şanslarımız var. Yəqin ki, hər iki komandanın məşqçiləri Bakıdakı nəticələri analiz edəcəklər və bundan nəticə çıxarıb qarşıdakı turnirə hazırlaşacaqlar. Azarkeşlər qarşısında azı 1-2 lisenziya qazanmaq olardı. İstanbuldakı turnirdə millimizin heyətində böyük dəyişikliklər olacaq. Uğursuz nəticə göstərən güləşçilər yəqin ki, heyətdən çıxarılacaq. Hazırda yığmamıza qiymət verməyək, lisenziya yarışı bitsin, ondan sonra çıxışları barədə danışmaq olar".

Sabiq məşqçi bəzi çatışmazlıqların olduğunu dedi:

"Güləşçilərimiz Bakıda potensiallarından aşağı çıxış etdilər. Yunan-Roma güləşçilərimiz Avropa çempionatında uğurlu çıxış etmişdi. Sadəcə burada alınmadı. Çatışmazlıqlar var idi. Məşqçilər də bunu görür. Onlar məğlubiyyətdən nəticə çıxacaqlar. Düşünməlidirlər. Qeyd etdiyim kimi, heyətdə dəyişikliklər olacaq. Komandamız fikizi, taktiki gücünü artırmalıdır. Türkiyədəki turnir millimiz üçün son şansdır".

Məlik Məlikov
Избранный
297
20
futbolpress.az

10Источники