Gürcüstan ABŞ-nin viza sanksiyaları tətbiq etdiyi hakimlərlə bağlı heç bir sübut almayıb.
Ednews-un yerli bürosu xəbər verir ki, bu barədə hakim “Gürcü Arzusu” Partiyasının icraçı katibi Mamuka Mdinaradze bildirib.
"Gürcü hakimlərə qarşı ədalətsiz sanksiyaların ləğvi ilə bağlı sualımıza, tələbimizə və xahişimizə cavab aldıq: araşdırmaya başlayın. Biz də sübut istədik. Heç bir sübut təqdim edilmədi və sübut olmadan araşdırmaya başlamaq nə ABŞ, nə Avropa, nə də Gürcüstan üçün demokratiya standartıdır”, - Mdinaradze deyib.
Xatırladaq ki, daha əvvəl ABŞ üç gürcü hakimə – Mixail Çinçaladze, Levan Murusidze, İrakli Şenqeliya və keçmiş hakim Valerian Tsertsvadzeyə “əhəmiyyətli korrupsiyada iştiraka görə” viza məhdudiyyəti tətbiq edib. Gürcüstan hakimiyyəti dəfələrlə Dövlət Departamentini sübut təqdim etməyə çağırıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта