Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo ilə mina problemini müzakirə edib.Korrespondent.az xəbər verir ki, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilmiş faktaraşdırıcı missiyalardan bəhs edən Müvəkkil Ermənistanın işğalçılıq siyasəti nəticəsində beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarının pozulduğunu, işğal nəticəsində yaranmış mina probleminin aradan qaldırılmasında beynəlxalq təşkilatların yaxından iştirakının zəruriliyini, bununla bağlı xüsusi Ad hoc hesabatların hazırlanaraq aidiyyəti beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsman və milli insan hüquqları təsisatlarına ünvanlandığını qeyd edib.Görüş zamanı cari ildə ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində mümkün əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, COP29 zamanı milli insan hüquqları institutlarının fəal iştirakının vacibliyi vurğulanıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта