Gənc cüdoçulardan ibarət Azərbaycan millisi İtaliyanın Liqnano şəhərində Avropa Kuboku turnirində iştirak edəcək.
Moderator.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 20-dən 21-dək davam edəcək yarışa 29 ölkədən 496 idmançı qatılacaq.
Yığmamız birincilikdə oğlanlar arasında 6 çəki dərəsində 14 cüdoçu ilə təmsil olunacaq.
60 kq çəkidə Nizami İmranov, Nurlan Kərimli, Babarəhim Mirzəyev, 66 kq-da Zahir Ağazadə, Məhəmməd Musayev, Eltac Yusifli, 81 kq çəkidə Süleyman Şükürov, Mamed Əzizbekov, Məmmədrza Hacızadə, Qadir Hüseynov, 90 kq-da İsmayıl Zamanov, 100 kq-da Əjdər Bağırovla Nihad Şıxəlizadə və 100 kq + çəki dərəcəsində Ramazan Əhmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa çalışacaq.
Qeyd edək ki, komandamıza gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov rəhbərlik edəcək.