RU

Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - VİDEO

Bəzən binadakı mənzillərin birindən digərinə su keçir. Həmçinin bir sıra hallarda təmir, yanğın və ya digər hallar zamanı qonşuya maddi zərər dəyir.

Daşınmaz əmlakın icbari sığortası üzrə 10,3 milyon yığılıb - CƏMİ 214 MİN MANAT ÖDƏNİLİB

FED.az xəbər verir ki, qaydalara əsasən, əmlakın icbari sığortası yalnız ev sahibinin məsuliyyətini sığortalayır. Başqa sözlə, əgər əlavə sığorta təminatı yoxdursa, qonşu qonşuya vurduğu ziyana görə sığorta şirkəti digər zərərçəkənlərə pul ödəmir. Əslində isə, əmlak sahibləri müəyyən məbləğ ödəməklə üçüncü şəxslər qarşısında məsuliyətini sığortalaya bilərlər. Yəni bu sığorta məhsulunu əldə edən şəxs su sızması, yanğın və digər hallarda qonşulara vurduğu zərəri özü yox, onun yerinə sığorta şirkəti ödəyir.

Sığorta eksperti Vüsal Bədəlov deyir ki, hüquqi və fərdi sahibkarlar üçün əmlaklarına görə üçüncü şəxslər qarşısında məsuliyyət sığortası icbaridir. Ancaq fiziki şəxslər bu sığorta məhsulunu könüllü etdirə bilərlər.

Bu sığorta məhsulunun qiyməti şərtlərdən və təminat məbləğindən asılıdır. Təminat məbləği isə şərtlər və razılaşmadan asılı olaraq arta bilər.

Qeyd edək ki, Bakıda əmlakın icbari sığorta haqqı 50, Gəncə, Naxçıvan və Sumqayıtda 40, digər ərazilərdə isə 30 manatdır. (Xezerxeber.az)

 

Избранный
234
9
fed.az

10Источники