RU

Sığorta şirkətləri tikinti materialları bazarlarını sığortalamaqda niyə maraqlı deyil? –ARAŞDIRMAVİDEO

Paytaxtın Nərimanov rayonunda taxta bazarında baş vermiş yanğın nəticəsində bir neçə sahibkara ciddi ziyan dəyib.

Xezerxeber.az xəbər verir ki, onlardan birinin dedikləri isə sığorta şirkətlərinin satışa çıxarılan tikinti materiallarını sığortalamqdan imtina etməsi məsələsini yenidən aktuallaşdırdı.

Sığorta eksperti İlkin İbrahimov deyir ki, bazarlarda satışa çıxarılan tikinti materiallarının sığortası əslində mümkündür.

Ekspertin sözlərinə görə, imtina halları müəyyən tələblərlə bağlı ola bilər.

İlkin İbrahimov bildirib ki, yanğın hadisələri zamanı kompensasiya almaq istəyən sahibkarlar bu sahədəki riskləri gözə alaraq xüsusilə sənədləşmə işlərinə məsuliyyətli yanaşmalıdırlar.

O, əlavə edib ki, havaların isinməsi yanğın hadisələrinin artmasına səbəb ola bilər. Buna görə də, sahibkarlar təhlükəsizliklə bağlı tədbirləri gücləndirməlidirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
233
47
xezerxeber.az

10Источники