RU

Premyer Liqa: “Liverpul” “Fulhem”i 3 qolla yendi

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 34-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

“Everton” doğma meydanda “Nottingem Forest”, “Aston Villa” isə “Bornmut” üzərində inamlı qələbəyə sevinib. Yeddi qolun qeydə alındığı “Kristal Pelas” – “Vest Hem” matçında da qələbəni meydan sahibləri bayram ediblər.

Səfərdə “Fulhem”lə qarşılaşan “Liverpul” da turu inamlı qələbə ilə başa vurub.

Qeyd edək ki, 34-cü turun “Tottenhem” – “Mançester Siti” oyunu mayın 14-nə, “Brayton” – “Çelsi” və “Mançester Yunayted” – “Nyukasl” görüşləri isə mayın 15-nə təxirə salınıb. Buna ötən gün və bu gün İngiltərə Federasiya Kubokunun yarımfinal görüşlərinin keçirilməsi səbəb olub. Bu turnirdə iştirak edən Premyer Liqa təmsilçiləri daha sonra meydana çıxacaqlar.

İngiltərə, Premyer Liqa
34-cü tur
20 aprel

Luton Taun – Brentford 1:5
Qollar: Berri, 90+2 – Vissa, 24; 45+1. Pinnok, 62. Potter, 64. Şade, 86.

Şeffild Yunayted – Börnli 1:4
Qollar: Hamer, 52 – Larsen, 38. Assinyon, 40. Foster, 57. Qudmundsson, 71.

Vulverhempton – Arsenal 0:2
Qollar: Trossard, 45. Edeqor, 90+5.

21 aprel

Everton – Nottingem Forest 2:0
Qollar: Queye, 29. Maknil, 76.

Aston Villa – Bornmut 3:1
Qollar: Rocers, 45+1. Diabi, 57. Beyli, 78 – Solanke, 31-pen.

Kristal Pelas – Vest Hem 5:2
Qollar: Olise, 7. Eze, 16. Emerson, 20-öz qapısına. Mateta, 31; 64 – M.Antonio, 40. D.Henderson, 89-öz qapısına.

Fulhem – Liverpul 1:3
Qollar: Kastan, 45+2 – Aleksander-Arnold, 32. Qravenberx, 53. Dioqo Jota, 72.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
175
1
arena.az

1Источники