RU

“Mükafat kimi aldığımız 25 min manatı oyunçular arasında bölməyi düşünürük” – “Neftçi”nin baş məşqçisi

Basketbol üzrə ölkə kubokunun qalibi bəlli olub. Finalda "Xəzri" və "Neftçi" üz-üzə gəlib. "Ağ-qaralar” qələbə qazanıb - 65:61.

Görəsən, klubun bundan sonraki hədəfləri nələrdi? Kubokda mükafat kimi aldıqları 25 min manatı nəyə xərcləyəcəklər? “Football-plus.az”ın bu suallarını "Neftçi"nin baş məşqçisi Anar Sarıyev cavabladı:

"Oyunçularıma görə çox sevindim. Matçdan sonra bu qələbənin onlara necə lazım olduğunu hiss etdim. "Neftçi" ailəsi üçün bu qələbəni qazanmaq çox sevindirici haldı. Həmin an o ailənin içində olmağıma çox sevindim. Oyuna yaxşı başlamadıq. Uşaqlarda həyəcan hiss edirdim. Oyuna tam hazır olsaq da, həyəcana görə bəzi səhvlər edirdik. Hamı maksimum oyununu göstərməyə çalışırdı. Amma içlərindəki həyəcanı öldürə bilmirdilər. Fasilədə onlara yenə başa saldım ki, istəsəz, qalib gələcəksiz. Bir qədər sakitləşin, öz oyunuzu oynayın. Udsanız da, uduzsanız da, mənim üçün çempionsuz. Heç bir gərginliyə, həyəcana ehtiyac yoxdu. Çıxın və oyunuzu oynayın. Final olduğunu düşünməyin, elə bilin ki, adi çempionat oyunudu. Məncə, bu sözlərdən sonra uşaqların hamısını sakitləşdirə bildim. Oyuna çıxdıq və yavaş-yavaş geridönüş etdik. Sonuncu çeyrəkdə müdafiəni də tam dəyişdik. İstədiyimiz kimi müdafiəni gücləndirib, xallarımızı qazandıq. Bu qələbəni bütün "Neftçi" ailəsinə borcluyuq. İlk gündən məqsədimiz bir yerdə maksimum yaxşı nəticə qazanmaq idi. Düzdü, kuboku götürdük. Lakin çempionatda hələ ki yaxşı çıxış etməmişik. Pley-offda "Xırdalan"la oynayacağıq. Çətin matç olacaq. Onların məşqçilər heyəti, basketbolçuları da çox güclüdü. Artıq kubok oyununu qırağa qoyub, önümüzə baxacağıq. Çünki "Xırdalan", doğrudan da, çox vacib komandadı. Həmin oyunda bizə qələbə lazımdı. Mükafat kimi aldığımız 25 min manatı oyunçular arasında bölməyi düşünürük. Belədə onlara daha da stimul gəlmiş olacaq. Biləcəklər ki, gələcəkdə çempionluğa getsək, daha da çox bonus alacaqlar".

GÜNAY SÜLEYMANOVA
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
134
football-plus.az

1Источники