...Ağ Ev İranın İsrailə hücumunun bu qədər geniş miqyaslı olacağını gözləmirdi.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən yazır.
KİV yazır ki, ABŞ rəsmiləri hücumu şok hesab ediblər. Baş verənlər Amerika kəşfiyyat orqanlarının düşündüyü ən pis ssenariyə uyğun gəlirmiş.
Kəşfiyyat Tehranın İsraildən kənarda mümkün hücumları barədə məlumat verib. Ölkə daxilində hücumları istisna etmək mümkün deyildi, lakin kiçik miqyasda.
Nəşr etiraf edib ki, Amerika hərbçiləri İran ordusunun hərəkətlərini izləyib və İsrailin raket əleyhinə sisteminin hücumları dəf edəcəyinə əmin olmayıblar.
Media yazır ki, zərbələri dəf etdikdən sonra ABŞ İsraili qorumaqdan öz hakimiyyətini qisas almaqdan çəkindirməyə keçib, çünki Ağ Ev münaqişənin genişlənməsindən ehtiyat edirmiş.
Ağasəf Babayev