RU

Çindən Azərbaycana gətirilən 160 ədəd elektrobus xəttə buraxılacaq

Çindən Azərbaycana gətirilən 160 ədəd elektrik avtobus xəttə buraxılacaq.

525.az "Report"-a istinadən xəbər verir ki, bunu Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyəv "Azərbaycan-Çin münasibətlərinin yenidən qiymətləndirilməsi: İrəliyə doğru yol" mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, bu avtomobuslar Çinin "BYD" şirkətinə məxsusdur.

Xatırladaq ki, elektrik avtobuslarının istehsalı layihәsindә İqtisadiyyat Nazirliyinə məxsus “Azәrbaycan İnvestisiya Şirkәti” ASC payçı kimi iştirak edәcәk. Layihә üzrә BYD şirkәtinin yerli tәrәfdaşı “SARDA Group” şirkәtlәrinә mәxsus “Electrify Azerbaijan” MMC-dir. BYD Sumqayıt Kimya Sәnaye Parkında qurulacaq zavodda elektrik mühәrrikli avtobusların istehsalına ilkin olaraq 34 milyon ABŞ dolları investisiya qoymaq istəyir. Daxili tәlәbat vә ixrac imkanları nәzәrә alınmaqla illik istehsal hәcminin 500 әdәd olması nәzәrdә tutulur. Layihә çәrçivәsindә 800 yeni iş yerinin yaradılması planlaşdırılır.

İstehsalın 3-cü ilindәn şirkәt tәrәfindәn istehsal edilәcәk elektrik mühәrrikli avtobusların ehtiyat hissәlәrinin istehsalının lokallaşdırılması nәzәrdә tutulub vә bu, 2030-cu ilә qədər avtobusların ümumi maya dәyәrinin 40 %-ni tәşkil edәcәk. Artıq bununla bağlı yerli potensialın reallaşdırılması imkanlarının araşdırılmasına başlanılıb.

Avtobusların yerli istehsalına 2025-ci ildә başlanılacaq. Bundan әlavә, bu ilin noyabr ayında Azәrbaycanda keçirilәcәk COP29 tәdbiri çәrçivәsindә BYD şirkәtinin elektrik mühәrrikli avtobuslarının ölkәmizә gәtirilmәklә istismara verilmәsi nәzәrdә tutulur.






















Bizi İnstagramda izləyin

Избранный
738
1
525.az

10Источники