RU

Cavanşir Məmmədova ölümündən əvvəl zəng edən şəxs KİMDİR?

“Bir zəng gəlib, telefon əlindən düşüb. Deyib ki, “bu nömrəni qeyd edin”. Cavanşir müəllim çox dəqiq insan idi, səhv etməyi, yalan danışmağı sevmirdi. Bir sözü sübutla, faktla deyirdi ki, budur. O, yalanı sevmirdi. O, yalanı sübut edənə qədər ona əzab-əziyyət olmazdı. Onun ürəyi paralandı, ürəyində 4 stend var idi. Ölən deyildi. Özünə çox baxırdı”.

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Firuzə İbadova qonaq olduğu "Bizimləsən" ictimai-sosial verilişində deyib.

Aprelin 20-də dünyasını dəyişən duet ortağı Əməkdar artist Cavanşir Məmmədovdan söz açan sənətçi bildirib ki, mərhuma ölümündən əvvəl naməlum bir şəxs zəng edib:

“Əlində qeyd dəftəri olub, nömrəni tam yaza bilməyib, əlindən düşüb. Qızı dedi ki, atam çox əsəbiləşdi. Ümumiyyətlə, son dövrlər çox əsəbiləşirdi, haqqında qara piar aparıldı, bəlkə də, üstünə çox gedildi. O zaman dəstək olundumu ki, “bu insan sənətkardır, ona toxunmaq olmaz?” Bilirəm, Cavanşir müəllimi heç nə geri qaytarmayacaq”.
Qeyd edək ki, C.Məmmədov 70 yaşında saat 12:05 radələrində evində qəfil ürəktutmasından vəfat edib. Sənətkar anası Güllü Məmmədovanın yanında Yasamal məzarlığında dəfn edilib.

Rəşad Əliyev, Bizim.Media
 

Избранный
135
20
bizim.media

10Источники