Bu ilin 3 ayı ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 2 min 909 cinayət faktı aşkarlanıb.
Bu barədə məlumat Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının hesabatında öz əksini tapıb.
Hesabatda qeyd olunub ki, bunların 821-i narkotik vasitələrin qanunsuz satışı, 2076-sı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 12-si isə narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi ilə bağlı olub.