RU

"Ermənilərə həmişə türk kömək edib, sülh müqaviləsi bağlanacaq" - Deputat

“2023-cü il dövlət səviyyəsində Heydər Əliyev ili idi. Dünən Moskvada dövlət başçılarının görüşündə Baykal-Amur magistralında rolundan danışıldı, bu da Heydər Əliyevin necə tarixi şəxsiyyət olduğunu göstərir”. 

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Anar İskəndərov deyib.

 

“Sabah erməni ideoloqlarının bir hissəsi göz yaşı tökəcək. Tarixi Ermənistan yoxdur. Erməni yaşasa da, erməni dövləti yoxdur. 1918-ci ildə bizim torpaqlarımızda 9 min kvadrat km ərazidə yaradılan, indi də 29 kvadrat km olan yerdir. Hər zaman onlara axırda türk kömək olub. Sülh müqaviləsi imzalanacaq“, - millət vəkili qeyd edib.

 

Friuzə Əliyeva


 

Избранный
107
sfera.az

1Источники