RU

Azər Türk Bank daha bir filialını istifadəyə verdi - FOTOLAR

Dövlət bankı Azər Türk Bank özünün xidmət şəbəkəsini genişləndirməkdə davam edir.

 

Bu gün Bank Sumqayıt şəhərində yeni koseptdə açılan fiziki şəxslərə və kiçik və orta biznes sahiblərinə bütün növ bank xidmətləri göstərən “Sumqayıt KOB ofisi və Rəqəmsal filialı”nı müştərilərinin ixtiyarına verdi.

 

Müasir tipli bu yeni ofis şəhərin Heydər Əliyev prospekti, 208C ünvanında yerləşir. 

 

Bankın digər rəqəmsal ofislərində olduğu kimi, burada da xidmət və məhsullar, əməliyyatlar elektron formatda təklif edilir. 

 

Üstün xidmət səviyyəsi təqdim olunan bu filialda fiziki şəxslərə müxtəlif növ kreditlər və ödəniş kartlarının əldə edilməsi, depozit yerləşdirilməsi daxil olmaqla hər cür bank xidmətləri göstərilir. 

 

Yeni nəsil ATM və terminallar 24/7 müştərilərin xidmətində olacaq. Burada müştərilər təmassız əməliyyatları dəstəkləyən yeni nəsil ATM-lər vasitəsilə kart hesabları üzrə mədaxil və məxaric əməliyyatlarını yerinə yetirə biləcəklər.

 

KOB ofisi olaraq burada kiçik və orta biznes nümayəndələrinə bizneslərini inkişaf etdirmək və müxtəlif layihələrin maliyyələşdirilməsi üçün əlverişli şərtlərlə kreditlər təklif edilir. 

 

Bank öz fəaliyyətini günün tələbinə, müasir dünyanın meyarlarına tam uyğunlaşdırmaqla müştərilərə xidmətin keyfiyyətinin daha da artırılması istiqamətində işlərini davam etdirir.

 

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı //atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

Избранный
52
6
sfera.az

6Источники