RU

Bakının ortasında güllənən 4 generaldan biri: Eduard Hüseynovun QƏTL GÜNÜ

Bu gün Bakı Ali Hərbi Dənizçilik Məktəbinin keçmiş rəisi, kontr-admiral Eduard Hüseynovun xaincəsinə sui –qəsdlə öldürüldüyü gündür.Adalet.az xəbər verir ki, Hüseynov Eduard Gəzənfər oğlu 14 mart 1938-ci ildə Bakıda ziyalısı ailəsində anadan olub.Atası, Qəzənfər Hüseyn oğlu Hüseynov (1914-1994), Şuşa əsilli, dövlət qulluqçusu, iqtisadçı, müəllim olub.Anası P.N. Hüseynova (1915-2004 illərdə yaşayıb) Böyük Vətən Müharibəsi illərində Azərbaycan SSR-də Staxanov hərəkatının liderlərindən biri olub. Valideynləri onu İngiltərə kralı I Eduardın şərəfinə adlandırdılar. ( Düzünü deyim, anasının adının bütöv verilməməsi məndə şübhə yaratdı. Və üstəgəl 1938-ci illərdə SSRİ də ağır repressiya dövründə anadan olan uşağa “mən uşağıma İngiltərə kralı I Eduardın adını verirəm” deməsi nə qədər doğru addım olduğunu anlaya bilmədim )1954-cü ildə Bakının Səbail rayonundakı 6 saylı məktəbi gümüş medalla bitirib. 1955-ci ildə Leninqradda F.E.Dzerjinski adına Ali Dəniz Mühəndisləri Məktəbinə daxil olur və 1960-cı ildə oranı fərqlənmə diplomu bitirdikdən sonra gəmi qaz turbinlərinin quraşdırılması üzrə mühəndis-mexanik ixtisası alır. O, Şimal Donanmasına döyüş hazırlıqlı hərbi hissə -5 (БЧ-5) komandiri kimi göndərilib, burada bir il leytenant mühəndis rütbəsində xidmət edib. 1961-ci ildə Xəzər donanması üçün yeni gəmi almaq üçün Qara dəniz donanmasına göndərilir.1962-ci ildə evdar qadın olan Tatyana ilə evləndikdən sonra onların üç uşaq dünyaya gəlir.E.Hüseynov 1974-cü ildə Bakıya qayıdıb, burada 3-cü dərəcəli kapitan rütbəsi ilə müəllim, sonra isə 2-ci dərəcəli kapitan rütbəsi ilə S. Kirov adına Xəzər Ali Hərbi Dənizçilik Məktəbində xidmət edib. 1976-cı ildən məktəbdə baş müəllim işləyir.Azərbaycan müstəqillik əldə etdikdən sonra -1992-ci ildə S. M. Kirov adına Ali Hərbi Dənizçilik Məktəbinin adı dəyişdirilərək Bakı Ali Hərbi Dənizçilik Məktəbi olur. Eduard Hüseynov yeni yaradılmış Bakı Ali Hərbi Dənizçilik Məktəbinin ilk rəisi təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə ona Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin kontr-admiralı rütbəsi verilir.Həmin vaxt söz –söhbət yayılır ki, sovet dönəmində məktəbə verilən təltif və fərqlənmə nişanları Rusiyaya qaytarılsın. Həmin vaxt E.Hüseynov artıq rəsmi dairələrdə məsələ qaldırdı.O bildirdi ki, məktəbi fərqlənmə nişanlarından, təltiflərdən məhrum etmək onun tarixindən, keçmişindən məhrum etmək deməkdir və keçmişsiz gələcək də ola bilməz”.Bu məntiqdən sonra həmin söz-söhbət yığışdırıldı.Qarabağda gedən müharibənin fəal mərhələsində o, hərbi təlim keçmiş bir qrup siyasi işçi ilə birlikdə cəbhəboyu zonaya (Ağdərə rayonu, indi Tərtər rayonunun ərazisi) göndərilib. Onun tərəfindən, bundan sonra o, təhsil prosesinə müvafiq düzəlişlər etdi ki, bu da miçmanlar və zabitlər məktəbinin, üç zenit atıcı dəstəsinin, “Kaspnefteflot üçün kapitanların bir dəstəsinin və bir neçə qrupların ilk məzununu hazırlamağa imkan verdi.Hüseynovun bir xidmətini də xatırladaq: 1992-ci il fevralın 26-da Xocalı şəhərində baş vermiş hadisələrdən bəhs edən video yazını o, rusiyalı jurnalist A.Nevzorova verib. Səs yazısının həqiqiliyi yoxlanıldıqdan sonra film mərkəzi televiziyada “600 saniyə” proqramında nümayiş etdirilib.Yəqin ki, xatırlayırsınız o vaxtı ermənilərin törətdiyi o soyqırım Rusiyanın mötəbər dairələrində, eləcə də Azərbaycandakı 5 kolon vasitəsi ilə azərbaycanlıların üzərinə atılırdı, bu faciənin törənməsində onlar suçlanırdı.1993-cü il aprelin 23-də Eduard Qəzənfər oğlu Hüseynov Bakıda yaşadığı evin girişində qətlə yetirilib. Bu hadisə yerli mətbuatda geniş işıqlandırıldı. Hüseynovun qətlində Xüsusi Təyinatlı Polis Bölməsinin keçmiş hərbçiləri günahlandırılsa da el arasında bu fikir qəbul edilmirdi. O vaxt yayılan məlumatlarda deyilirdi ki, Xocalı soyqırımını azərbaycanlıların öz əməli olduğunu dünyaya sırımaq istəyən ermənipərəst qüvvələrin qarşısında böyük maneə olan general bu səbəbdən ortadan götürüldü. II Fəxri Xiyabanda dəfn edilib. Yeri gəlmişkən Azərbaycan müstəqillik qazandıqdan sonra öldürülən  4 generaldan biri olub.  Rail Rzayev, Vahid Musayev,  Şuşanın sabiq komendantı Ələkbər Əsgərov da var.Bu olay müstəqillik əldə etmiş Azərbaycanda ilk sui-qəsd deyildi. Sui-qəsdlə qətl edilən ictimai, siyasi və dövlət xadimləri1. Eldar Bağırov - Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı idi. 1991-ci ildə Bakıda-Ali Sovetin iclasından qayıdarkən yaşadığı evin qarşısında odlu silahdan açılan atəşlə qətlə yetirilib. Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun qardaşıdır. Eldarın aradan götürülməsi o vaxtkı hakimiyyətə sərfəli idi.2. Vaqif Vəliyev - Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı olub. Hacı Vaqif kimi tanınan Əliyev, 1993-cü ildə - Gəncə Şəhər İcra Hakimiyyətində iş otağında güllələnərək qətlə yetirilib.3.  Azər İsmayılov - DİN-in Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi . 2000-ci il iyunun 21-də gündüz şəxsi avtomobili ilə «Ramstor» ticarət mərkəzinə gedərkən yoxa çıxıb. Yalnız bir neçə il sonra ifşa olunan Hacı Məmmədov bu qətli də özünün törətdiyini və bundan peşman olmadığını etiraf edib.4. Afiyəddin Cəlilov - Azərbaycanın dövlət və siyasi xadimi, Azərbaycan Respublikası Prezidentinin müşaviri vəzifələrində çalışıb. 1994-cü ildə Bakıda yaşadığı binanın blokunda sui-qəsd nəticəsində qətlə yetirilib. Onun 1994-cü il oktyabrın 4-də dövlət çevrilişinə cəhd göstərən XTPD-çilər tərəfindən qətlə yetirildiyi bildirilir. Bu işdə ittiham olunaraq azadlıqdan məhrum edilmiş Dəyanət Kərimovsa günahsız olduğunu bildirir.5. Şahmərdan Cəfərov - Milli Məclisin deputatı, Sərhəd Qoşunları İdarəsi 1 saylı Naxçıvan Sərhəd Dəstəsinin komandanı olub. 1995-ci il mayın 30-da deputat səlahiyyətləri alınıb. Kələkidən qayıdarkən yolda güllələnib. Məlumatlarda deyilir ki, Ş.Cəfərov polisə silahlı müqavimət göstərərkən qətlə yetirilib. Lakin Aİ hesabatında bildirilir ki, ağır yaralanmış Ş.Cəfərovu Naxçıvan xəstəxanasına polis deyil, yerli sakinlər çatdırıblar. Onun Naxçıvandan Bakıya niyə gətirilməsi və Şüvəlan həbsxanasında ölməsi faktına da aydınlıq gətirilməyib.7. Şəmsi Rəhimov - Azərbaycanın dövlət xadimi, polkovnik, Prezident yanında Xüsusi İdarənin rəisi olub. 29 sentyabr 1994-cü ildə sui-qəsd nəticəsində qətlə yetirilib.8. Əli Ansuxski - Azərbaycan SSR Ali Sovetinin (1990-1995) xalq deputatı, Milli Məclisinin üzvü (1995-1996) olub. 1996-cı ildə Bakıda evinin qarşısında silahla qətlə yetirilib.9. Ziya Bünyadov - şərqşünas, tarixçi, Sovet İttifaqı Qəhrəmanı, Dövlət Mükafatı Laureatı və əməkdar elm xadimi. 1997-ci il fevral ayının 21-də yaşadığı binanın qarşısında cinayətkar qrup tərəfindən vəhşicəsinə qətlə yetirilib. Bünyadovun ölümü ilə bağlı bir çox iddialar gündəmə gəlib. Qətlin hansısa terror təşkilatları ilə yanaşı, ermənilər tərəfindən törədiləcəyi də istisna edilməyib. Ancaq alimin qətlində ilk dəfə olaraq "Hizbullah” təşkilatının adı hallanıb.10. Rövşən Əliyev - Baş Prokurorluqda Ağır cinayətlərə dair istintaq idarəsinin kriminalistika şöbəsini rəisi və idarə rəisinin müavini olub. 2002-ci il, martın 13-də Hacı Məmmədovun dəstəsi tərəfindən qətlə yetirildiyi qeyd olunub. Hacı Məmmədov Rövşən Əliyevi bandanın izinə düşdüyü üçün öldürdüyünü desə də, qətlin «siyasi sifariş» olduğunu, sifarişçinin Daxili İşlər Nazirliyinin idarə rəisi Zakir Nəsirov olduğunu da söyləyib.11. Fətulla Hüseynov - polkovnik, Daxili İşlər Nazirliyi polis polkunun komandiri olub. 2004-cü il 14 iyunda yaşadığı binanın qarşısında öldürülüb. Onu Hacı Məmmədovun dəstə üzvlərinin qətlə yetirdiyi deyilir. Hacı Məmmədov məhkəmədə bu qətlin də «siyasi sifariş» olduğunu bildirmişdi. Amma sifarişçinin kimliyini açıqlamamışdı.12. Elmar Hüseynov - jurnalist, baş redaktor. 2005-ci ilin martın 2-də Bakıda - yaşadığı evin blokunda odlu silahla qətlə yetirilib. Hacı Məmmədov məhkəmədə deyib ki, redaktoru sabiq nazir Fərhad Əliyevin sifarişiylə onun dəstə üzvləri öldürüb. MTN bu versiyanı araşdırsa da, hələlik rəsmi açıqlama yoxdur.13. Rail Rzayev - Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant. 2009-cu il fevral ayının 11-də naməlum qatil tərəfindən öldürülüb. Azərbaycan təhlükəsizlik orqanının əks-kəşfiyyat idarəsinin keçmiş əməkdaşı, təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu deyib ki, “general-leytenant Rail Rzayevin qətlindən tutmuş 2019-cu ilin yayında MİQ-29 qırıcı təyyarəsinin “qəzaya uğramasınadək” baş verənlərdə Nəcməddin Sadıkovun birbaşa iştirakı var”.14. Etibar Elkin- Bakı Parapsixologiya və Teologiya İnstitunun rektoru 14 yanvar 1999-cu ildə öldürülüb. ( Etibar Elkin iki oğluyla birgə öldürülmüşdü.) Qətli «Ceyşullah» adlı təşkilatın üzvlərinin törətməsi haqda məhkəmə hökmü olsa da, tərəfdarları buna inanmırlar.15. Gülşad Zərbəliyev- Prezidentin köməkçisi, beş dövlət başçısının köməkçisi işləyib.16. Sabir İsmayılov -Daxili İşlər nazirinin sabiq müavinini olub . Telefon naqiliylə boğulmuş şəkildə tapılıb. Qeyd edək ki, evinin qarşısında güllələnən sonuncu şəxs Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafa olub. Şükür ki bu terror hadisə faciə ilə bitməyib.

Избранный
489
adalet.az

1Источники