ABŞ-nin yeni silah yardımı artıq aprel ayında Ukraynaya çatdırıla bilər.
“Report” xəbər verir ki, bunu Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova “European Pravda”ya müsahibəsində deyib.
O, ilk yardımın artıq aprel ayında Ukraynaya çatdırıla biləcəyini istisna etməyib:
“Ukraynaya silah yardımı göstərilməsinə dair qanun dərhal qüvvəyə minir. Fikrimcə, qanun çox qısa müddətdə icra olunacaq".
Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatası aprelin 20-də Ukraynaya yardım üçün 61 milyard dollar vəsait ayrılmasını nəzərdə tutan layihəni təsdiq edib. Bundan sonra qanun layihəsi üzvlərinin əksəriyyəti Ukraynaya yardım göstərilməsinə tərəfdar olan Senata ötürüləcək.