RU

Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək (FOTO)

Bakı. Trend:

Rabitəbank elm, təhsil və maariflənmənin inkişafına dəstəkməqsədilə 23 Aprel - Ümumdünya Kitab Günü ilə əlaqədar növbətiuğurlu layihəsini həyata keçirib. Belə ki, bank Ağdam rayonƏ.Allahverdiyev adına Alıbəyli kənd tam orta məktəbinin ibtidaisinfində təhsil alan 100-dən çox şagird üçün məktəbli ləvazimatlarıvə kitablar hədiyyə edib. Məqsəd uşaqları oxumağa həvəsləndirmək,onlarda kitab oxumaq vərdişinin formalaşmasına dəstək olmaq vətəhsilin önəmini aşılamaqdan ibarətdir.

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən aksiyadaməktəblilərə təqdim edilən kitablar klassik və müasir ədəbiyyatıəhatə edir. Bura nağıllar, uşaq ədəbiyyatı, dünya və Azərbaycanədəbiyyatından nümunələr və bu qəbildən olan digər kitablardaxildir. Əlavə olaraq, çanta, qələm, dəftər, rəngli karandaşlar,rəsm dəftəri və digər dəftərxana ləvazimatları da uşaqlara təqdimedilib.

Qeyd edək ki, Rabitəbank məktəbliləri kitabla təmin etməyi artıqbir ənənə halına çevirib. Belə ki, bank yaranmasının 30 illiyi vəÜmummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə“Kitab Gəzər”in təşkilati dəstəyi ilə Azərbaycanın müxtəlifbölgələrinin 30 ucqar kənd məktəbini ziyarət edərək, orada təhsilalan şagirdlər üçün kitabxanalar qurub. Bundan başqa, bank BakınınNardaran qəsəbəsində 130 nömrəli məktəbi ziyarət edib,məktəblilərlə görüşərək onlara 400-dən artıq kitab hədiyyə edib.Məqsəd təqdim edilən kitablardan ibarət yeni kitabxanalar qurmaqlaşagirdlərdə oxumağa qarşı olan sevgi və marağı artırmaq, onlarıgələcəkdə böyük nailiyyətlər əldə etməyə sövq etməkdir.

"Rabitəbank" ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternetBankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli ÇağrıMərkəzi ilə müştərilərin xidmətindədir.

Rabitəbankdan
Rabitəbankdan
Rabitəbankdan
Rabitəbankdan
Rabitəbankdan
Rabitəbankdan
Rabitəbankdan
Rabitəbankdan
Rabitəbankdan
Rabitəbankdan
Rabitəbankdan
Rabitəbankdan
Rabitəbankdan
Rabitəbankdan
Rabitəbankdan
Rabitəbankdan
Rabitəbankdan
Rabitəbankdan
Rabitəbankdan
Rabitəbankdan
Избранный
36
13
az.trend.az

10Источники