RU

ABŞ Ukraynaya Rusiya neft zavodlarına hücumları qadağan edib?

Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova bildirib ki, Kiyevə rəsmi Vaşinqtondan Rusiyadakı neft emalı zavodlarına hücumu qadağan edən rəsmi mesaj almayıb. 

HİT.az xəbər verir ki, bu barədə "European Truth" məlumat yayıb.

Səfir vurğulayıb ki, onun vasitəsilə Kiyevə heç bir mesaj ötürülməyib.

"Birləşmiş Ştatlardan bunu edə bilməyəcəyimizlə bağlı heç bir rəsmi açıqlama verilməyib. Bizim bilavasitə öz silahlarımızla etdiklərimizlə bağlı heç bir məhdudiyyət olmayıb", deyə Markarova bildirib.

Daha əvvəl “The Washington Post” (WP) Amerika rəsmilərinə istinadən yazıb ki, Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın Rusiya neft emalı zavodlarına hücum etməmək tələbindən qəzəblənib.

Bundan əvvəl ABŞ müdafiəsi Lloyd Ostin bildirmişdi ki, Ukrayna qoşunlarının Rusiya neft emalı zavodlarına hücumları qlobal enerji sisteminə zərər verə bilər.

Samir

Избранный
72
hit.az

1Источники