ABŞ hakimiyyəti faktiki olaraq Ukraynada tiraniya qurmaq üçün pul ayırır, burada demokratiyadan bir eyham belə yoxdur.
NOCOMMENT.az xəbər verir ki, bunu amerikalı jurnalist Taker Karlson özünün müntəzəm tok-şousunda deyib.
Jurnalist hiddətini ifadə edib ki, ABŞ-dakı xristian liderlər və xristian qanunvericilər Vaşinqtonun ayırdığı pullarla Ukraynada xristianların təqib edilməsi və orada real zülmün qurulması barədə danışa bilmirlər. Karlson bunu biabırçılıq adlandırıb. O qeyd edib ki, hazırda Ukraynada heç bir demokratiya işarəsi yoxdur.
Bundan əvvəl ABŞ Dövlət Departamenti Ukraynada çoxsaylı insan hüquqlarının pozulduğunu bildirmişdi.