Mixəyin bir çox faydası olduğu məlumdur. Daha çox ağız qoxusunu aradan qaldırmaq üçün istifadə olunsa da, mixək həzmi asanlaşdırmaqdan mədə ağrılarını aradan qaldırmağa qədər bir çox işdə təsirlidir. Həm bütöv, həm də toz şəklində istifadə edilə bilən mixək içkilərə və yeməklərə də gözəl ətir verir.
Milli.Az "Unikal"a istinadən mixəyin faydalarını təqdim edir:
- Manqan, kalsium və maqnezium kimi minerallar ilə zəngindir;
- C və K vitaminlərinin qaynağıdır. Lif baxımından çox zəngindir;
- 2-ci tip (gec başlayan) diabet üçün insulin hormonuna müsbət təsir göstərir;
- Ağciyər və dəri xərçəngindən qorunmağa və mövcud xəstəliyin irəliləməsinin qarşısını almağa kömək edir;
- Tərkibindəki əsas kimyəvi komponent olan "Eugenol" ağrı kəsici, lokal anesteziya, iltihab əleyhinə (infeksiyaya qarşı) və antibakterial təsirinə görə stomatologiyada istifadə olunur;
- Eugenol"un güclü trombosit inhibitoru olduğu aşkar edilmişdir (qanın laxtalanmasının qarşısını alır). Bu xüsusiyyəti ilə ürək-damar xəstəliklərinə qarşı qoruyucu xüsusiyyətə malikdir;
- Göbələk əleyhinə xüsusiyyəti ilə müxtəlif növ göbələklərə qarşı təsirlidir;
- Antitoksik xüsusiyyətləri ilə dərmanlarda istifadə olunur;
- Bitki çaylarınıza əlavə edə bilərsiniz;
- Şirniyyatlara, cemlərə və içkilərə ləzzət vermək üçün istifadə edə bilərsiniz;
- Toz halına gətirib xüsusilə ağrılarınızın müalicəsində istifadə edə bilərsiniz;
- Gündə 1-2 dənə çeynəməklə vitaminlərdən faydalana bilərsiniz.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun