Aprelin 23-də ABŞ senatda, Ukraynaya, İsrsilə və Tayvana hərbi yardım göstərilməsi, Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə verilməsi, həmçinin Koreya Xalq Respublikasına qarşı əlavə sanksiyaların tədbiq olunması ilə bağlı qanun layihələlərinin prossedur səsverməsi keçirilib. Associated Press agentliyi səsvermə prossedini birbaşa yayımlayıb. ABŞ -ın Milli təhlükəsizlik şurasının kordinatoru Con Kirbi bununla bağlı bəyan edib ki, Ağ Ev ümid edir ki, senat Ukraynaya yardım paketi ilə bağlı qanun layihəsini qəbul edəcək və elə bu həftə imzanması üçün prezidrnt Co Baydenə təqdim edəcək. "Sizi inandırıram ki, sənəd prezidentə təqdim olunan kimi, Bayden onu ən qısa zamanda imzalayacaq. Mən həmçinin əmin edirəm ki, sizlər bundan sonra Ukraynaya ilkin hərbi yardım paketinin göndərilməsinin şahidi olacaqsınız"- deyə Kirbi bildirib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Ukraynaya göndəriləcək yeni hərbi yardım paketi, prinsipcə döyüş meydanında vəziyyəti dəyişməyəcək. Federasiya Şurasının spikeri Valentina Matviyenko isə bildirib ki, "ABŞ-ın Kiyevə krediti ukraynalıların qanı ilə ödənilir". Hərbi-siyasi analiz bürosunun rəhbəri Aleksandr Mixaylov hesab edir ki, amerikanın 61 milyard dollarlıq yardımı Qərbin Kiyevə verdiyi son şansdır. Çünki Ukraynanın son aylar ərzində aldığı 200 milyard dollar, onun ordusuna kömək etmədi. Rüstəm Hacıyev
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта