Bakının Nərimanov rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.
7News.Az APA-ya istinadən xəbər verir ki, hadisə metronun Koroğlu stansiyasının yaxınlığında qeydə alınıb.
2004-cü il təvəllüdlü Əliyev Taleh Mustafa oğlu yolu keçərkən onu sərnişin avtobusu vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.
7News.Az