Türkiyənin Balıkesir şəhərində 71 qanunsuz miqrant saxlanılıb.
E-huquq.az xəbər veri ki, bu barədə Sahil Təhlükəsizlik Komandanlığı məlumat yayıb.
Bildirilib ki, Sahil Təhlükəsizlik Mobil Radarı (MORAD-12) tərəfindən Balıkesirin Ayvalık sahillərində Yunanıstanın Midilli adasına doğru üzən 2 rezin qayıq təsbit edilib.
Komandanlığın 3 gəmisi əraziyə cəlb olunub.
Qayıqlarda olan 71 qeyri-qanuni miqrant yaxalanıb və Cunda adasına aparılıb.
Qanunsuz miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.
Şəbnəm Mehdizadə