RU

İdmançımız Türkiyədə iki medal qazandı

Azərbaycan avarçəkəni Əlimurad Hacızadə Türkiyənin Muğla şəhərində keçirilən “Bahar Kuboku” turnirində iki bürünc medal qazanıb.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından Bizim.Media-ya bildiriblər ki, o, təknəfərlik kayak qayığında 200 və 500 metr məsafəyə yürüşlərdə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
 

Bütün yaş kateqoriyaları üzrə təşkil olunan yarışda Türkiyənin əksər şəhər və regionlarından 200 nəfərdən artıq idmançı mübarizə aparıb.
 

Bizim.Media
 

Избранный
90
2
bizim.media

10Источники