RU

"Rinq qızı"nı təpikləyən iranlı döyüşçüyə ömürlük cəza verildi

Rusiyada keçirilən Hardcore Fighting Championship (HFC) yarışında iranlı qaydasız döyüşçü Əli Heibati rinq qızını təpiklə vuraraq reaksiyalara səbəb olub. Daha sonra o, matçı uduzaraq rəqibinə hücum da çəkib. 

Milli.Az baku.ws-ə istinadən bildirir ki, Heybatinin davranışından sonra HFC onu ömürlük kənarlaşdırmaq qərarına gəlib.

Hadisə Moskvada keçirilən Hardcore MMA 90 tədbirində, Heybatinin Arkadiy Osipyanla görüşü ərəfəsində baş verib. Matçın başlamasına az qalmış Heibati rinq qızının ombasından təpiklə vuraraq reaksiyalara səbəb olub və hakim tərəfindən xəbərdarlıq edilib.

Heibati baş verənlərə görə sosial şəbəkədə rinq qızı Mariyadan üzr istəyib. O, üzrxahlığında MMA döyüşündən əvvəl yaşanan gərginliyə görə səhv hərəkət etdiyini və qadınlara hörmət etdiyini bildirib. Bununla belə, HFC Heibatinin davranışını qəbuledilməz hesab edib və onu həmişəlik turnirdən kənarlaşdırıb. O, açıqlamalarında kiməsə toxunmağın, işçiləri döyməyin qəbuledilməz olduğunu, xüsusilə qadınlara qarşı zorakılığın tamamilə yanlış olduğunu bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
48
2
milli.az

3Источники