RU

Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb

Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Əməkdar rəssam Məmməd Mustafayevin “Gizli və aşkar” adlı fərdi sərgisi açılıb.

SİA xəbər verir ki, tədbirdə muzeyin direktoru Şirin Məlikova çıxış edərək sərgidə rəssamın həm 60-70-ci illərin eskizlərinin, həm də həyatının son onilliyində ərsəyə gətirdiyi əsərlərinin ilk dəfə nümayiş edildiyini deyib. O, bu ideyanı dəstəklədiyi üçün rəssamın oğlu İmad Mustafayevə və sərginin qurulmasında əməyi olanlara təşəkkürünü bildirib. Sərgidə rəssamın 30-dan çox əsərinin nümayiş olunduğu vurğulanıb.

Tədbirdə Xalq rəssamları Səlhab Məmmədov, Hüseyn Haqverdiyev, Bakı İncəsənət Məktəbinin rəhbəri Rafael Gülməmmədli çıxış ediblər.

Qeyd olunub ki, rəssam yaradıcılığında rəngkarlıq, qrafika, assamblyaj və installyasiya obyektlərinə müraciət edib.

Qrafika və rəngkarlığın qovuşduğu, kollaj və qarışıq texnika ilə yaradılan monoxrom abstrakt əsərlər, ağ və qara boyalarla işlənilmiş, vizual formaların maraqlı eksperimenti ilə maraq doğuran rəngkarlıq nümunələri tamaşaçını rəssamın özünəməxsus yaradıcı təfəkkürü ilə cəlb edir.

Sonda İmad Mustafayev çıxış edərək atasının yaradıcılığı haqqında fikirlərini ifadə edib, iştirakçılar və təşkilatçılara minnətdarlığını bildirib.

Sərgi oktyabrın 24-dək davam edəcək.

Избранный
251
26
sia.az

10Источники