Türkiyə vitse-prezidenti Cevdet Yılmaz Rumıniyaya rəsmi səfər edəcək.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, Yılmaz səfər çərçivəsində Buxarestdə türk iş dünyasının nümayəndələri ilə görüşəcək.
Səfərinin ikinci günü, aprelin 26-da hökumət binasında Rumıniyanın baş naziri Marsel Ciolacu ilə təkbətək və heyətlərarası görüşlər keçirən Yılmaz, Rumıniya Prezidenti Klaus İohannis tərəfindən də qəbul ediləcək.
Qeyd edək ki, Yılmaz Dragalinada Qara Dəniz-Podişor Təbii Qaz Boru Kəməri Layihəsi Mərasimində iştirak edəcək və Mecidiyedəki Omnia Nişasta Fabrikində işçilərlə görüşəcək.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта