RU

"Yerli məhkəmələr arbitraj institutunun uğurlu olması üçün lazımi dəstəyi verəcək" - İnam Kərimov

"Ötən il Azərbaycanda “Arbitraj haqqında" Qanunun qəbul edilməsi ilə arbitraj institutunun inkişafı istiqamətində irəliyə doğru addım atılıb. Yeni Qanun Beynəlxalq Kommersiya Arbitrajı haqqında BMT-nin Model Qanunu əsasında hazırlanıb, bu isə o deməkdir ki, burada sınaqdan keçmiş işlək beynəlxalq təcrübə nəzərə alınıb. Bununla da ölkəmizdə ilk dəfə olaraq qanunvericiliklə həm beynəlxalq, həm də daxili arbitrajın həyata keçirilməsi ilə bağlı münasibətlər tənzimlənəcək".

E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov deyib.

O bildirib ki, qanun, həmçinin arbitrajın yaradılması və tənzimlənməsi ilə bağlı mühüm aspektləri əhatə edir və nəticədə mübahisələrin alternativ həlli sahəsində, xüsusən də biznes dairələri üçün yeni imkanlar açır.

"Yerli məhkəmələr olaraq, arbitraja münasibətdə yardım və nəzarət funksiyalarının, eyni zamanda arbitraj qərarlarının tanınması və icra edilməsi kimi qanunvericiliklə üzərimizə düşən vəzifələrin yerinə yetirilməsinə davam edəcəyik. Bu baxımdan yerli məhkəmələr Azərbaycanda arbitraj institutunun uğurlu olması üçün bütün lazımi dəstəyi verəcək. Yeni arbitraj institutu nəinki məhkəmə sisteminin iş yükünü azaldılmasına, həm də sahibkarlara mübahisələrin həlli istiqamətində ən uyğun məkanı seçmək imkanları da yaradacaq", - deyə İ.Kərimov qeyd edib.

O, əminliklə söyləyib ki, mübahisələrin alternativ həlli sahəsində aparılan hərtərəfli islahatlar ölkəmizdə güclü və etibarlı arbitraj institutunun yaradılmasına önəmli töhfə verəcək, hətta bəlkə də bu institut bütün region üçün nümunə olacaq.

Избранный
92
2
e-huquq.az

4Источники