Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı bu yay transfer pəncərəsi dövründə "Yurqorden"i tərk edə bilər.
Sportinfo.az İsveçin "Expressen" nəşrinə istinadən xəbər verir ki, bu haqda klubun idman direktoru Bosse Andersson bildirib.
O, Musa ilə bağlı məsələni yayda müzakirə edəcəklərini söyləyib: "Mən heç nəyi istisna etmirəm".
Musa Qurbanlı 2023-cü ilin iyul ayında "Yurqorden"lə 3 illik müqavilə imzalayıb. O, bu mövsüm İsveç çempionatında 1 oyunda meydana çıxıb.
22 yaşlı hücumçunun adı son 2 rəsmi matçda isə iştirakçılar sırasına daxil edilməyib.