RU

İnam Kərimov: "Azərbaycanda beynəlxalq və daxili arbitraj məsələsi qanunvericiliklə tənzimlənəcək"

Azərbaycanda həm beynəlxalq, həm də daxili arbitrajın həyata keçirilməsi ilə bağlı münasibətlər ilk dəfə olaraq qanunvericiliklə tənzimlənəcək.

Prezident “Arbitraj haqqında” yeni qanunu - TƏSDİQLƏDİ

FED.az xəbər verir ki, bunu Ali Məhkəmənin sədri İnam Kərimov Azərbaycan Arbitraj Günü ilə bağlı keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, "Arbitraj haqqında" qanun Beynəlxalq Kommersiya Arbitrajı haqqında BMT-nin Model Qanunu əsasında hazırlanıb. Bu o deməkdir ki, burada sınaqdan keçmiş işlək beynəlxalq təcrübə nəzərə alınıb:

"Qanun həmçinin arbitrajın yaradılması və tənzimlənməsi ilə bağlı mühüm aspektləri əhatə edir və nəticədə mübahisələrin alternativ həlli sahəsində, xüsusən də biznes dairələri üçün yeni imkanlar açır".

Sədr qeyd edib ki, yerli məhkəmələr olaraq arbitraja münasibətdə yardım və nəzarət funksiyalarının, eyni zamanda arbitraj qərarlarının tanınması və icra edilməsi kimi qanunvericiliklə üzərimizə düşən vəzifələrin yerinə yetirilməsinə davam edəcək:

"Bu baxımdan yerli məhkəmələr Azərbaycanda arbitraj institutunun uğurlu olması üçün bütün lazımi dəstəyi verəcək. Yeni arbitraj institutu nəinki məhkəmə sisteminin iş yükünü azaldılmasına, həm də sahibkarlara mübahisələrin həlli istiqamətində ən uyğun məkanı seçmək imkanları da yaradacaq". (Report)

Избранный
49
3
fed.az

4Источники