RU

Qanunsuz tikilən qeyri-yaşayış obyekti sökülüb - FOTO

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Bu barədə BAKU.WS-ə FHN-in mətbuat xidmətindən bildirilib. 

Bu çərçivədə, Gəncə şəhəri ərazisində qanunsuz olaraq qeyri-yaşayış obyektinin tikintisinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.

Избранный
113
31
baku.ws

10Источники