Sosial şəbəkələrdəki paylaşımları ilə məşhurlaşan, təşkilat yaratmaq və çirkli pulların yuyulmasında ittiham edilərək həbs edilən Dilan Polat, həyat yoldaşı Engin Polatın qızışdırdıqları iddia edilən silahlı hücumla bağlı məhkəmə prosesi bu gün başlayıb.
News24.az xəbər verir ki, sosial media fenomeni Banu Parlakın gözəllik mərkəzi keçən il oktyabrın 1-də eyni gündə iki dəfə hücuma məruz qalıb.
Hadisədən sonra aparılan istintaq tamamlanaraq Küçükçekmece Respublika Baş Prokurorluğu tərəfindən iddianamə hazırlanıb.
İttihamnamədə Dilan, Engin və Sezgin Polatın birdən çox şəxslə birlikdə silahla hədələmə və zədələmə cinayətlərinə görə ayrı-ayrılıqda 2 il 4 aydan cəmi 8 ilə qədər həbs cəzasına məhkum edilməsi istənilib.
Qeyd edək ki, Banu Parlak davada iştirak etmək üçün vəkilləri ilə birlikdə Küçükçekmece Ədliyyəsinə gəlib.
Hadisə ilə bağlı 11 müttəhimin adı hallanan işə bu gün Küçükçekmece 3-cü Ağır Cəza Məhkəməsində baxılmağa başlanıb.
Həbs edilən müttəhimlər Sezgin, Engin və Dilan Polat saxlandıqları həbsxanadan iclasa gətirilib.
Günel Məlikzadə