RU

Bu, Prezidentimizin Ermənistan və onu silahlandıran dövlətlərə növbəti xəbərdarlığıdır -Cəlil Xəlilov

Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında Fransa, Hindistan və Yunanıstanın Ermənistanı silahlandırmasına diqqət çəkib. Dövlət başçısı çıxışında Ermənistanla yanaşı, ermənipərəst qüvvələrə xəərdarlıq edib, lazım gəldiyi anda Azərbaycanın qabaqlayıcı addımlar atacağını bildirib.

Mövzu ilə bağlı “İki sahil”ə açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Prezidentin məlum bəyanatını dövlətimizin Ermənistan və ona himayədarlıq edən qüvvələr növbəti xəbərdarlığı kimi dəyərləndirib:

“Prezident İlham Əliyevin “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında bir çox məsələ ilə yanaşı, Ermənistanın silahlandırılmasına da diqqət çəkdi. Dövlət başçısı açıq şəkildə Fransa, Yunanıstan və Hindistanın Ermənistanı silahlandırmasını tənqid etdi, Azərbaycanın bu prosesə sona qədər seyrçi qalmayacağını vurğuladı. Prezident qeyd etdi ki, əgər Azərbaycan özü üçün ciddi təhdid görsə, o zaman konkret addımalr atacaq.

Prezident İlham Əliyevin bu açıqlaması həm Ermənistan, həm də ona himayədarlıq edən qüvvələr üçün ciddi xəbərdarlıqdır. İrəvan anlamalıdır ki, bu gün ona zirehli texnikalar, raket sistemləri verən, öz hərbi müşavirlərini bu ölkəyə  göndərən dövlətlərin məqsədi heç də Ermənistana yardım etmək, onun hərbi baxımdan möhkəmlənməsinə köməklik göstərmək deyil. Bu dövlətlərin məqsədi Ermənistanı qurban vermək hesabına regiondakı maraqlarını təmin etmək, bölgədə möhkəmlənmək, daha çox siyasi-iqtisadi qazanc əldə etməkdir. Əgər günü sabah bölgədə yeni bir qarşıdurma olsa, Prezident İlham Əliyevin dediyi kimi, həmin qüvvələr elə ilk güllə atılanda Ermənistanı taleyin ümidinə buraxacaq, atıb qaçacaqlar.

Buna görə də Ermənistan onu qarşıdurmaya, gərginliyə sövq edən bu qüvvələrdən, onların hərbi yardımlarından imtina etməli, Azərbaycanın sülh səylərini dəstəkləməlidir. Yalnız belə olan halda Ermənistan öz təhlükəsizliyini və inkişafını təmin edə bilər”.

Polkovnik Cəlil Xəlilov beynəlxaql təşkilatları, dünyanın digər aparıcı dövlətlərini də regionda uzunmüddətli sülh və təhlükəsizliyin təmininə töhfə verməyə səsləyib:

“Azərbaycanın regionda sülhün və təhlükəsizliyin təmin olunmasında gördüyü işlər, ortaya qoyduğu səy və təşəbbüslər hər kəsə məlumdur. Ölkəmiz həm 44 günlük müharibədən əvvəl, həm də postmüharibə dönəmində bu istiqamətdə böyük işlər görüb. Lakin regionda və dünyamızda sülhün bərqərar olmasında beynəlxalq təşkilatlar, böyük dövlətlər də aktiv rol oynamalı, rəsmi Bakının, Prezident İlham Əliyevin sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər. Yalnız bu halda biz regionda etibarlı və uzunmüddətli sülhə nail ola bilərik”.

Избранный
57
3
ikisahil.az

4Источники