Reyting.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədəFələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, İsrail ordusu 202 gündür fasiləsiz olaraq Qəzzanı bombalayır: "İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda daha 43 fələstinli həyatını itirib, 64 fələstinli isə yaralanıb. Bununla 7 oktyabrdan bəri Qəzzada ölənlərin sayı 34305-ə, yaralıların sayı isə 77293-ə yüksəlib".