RU

Juninyodan "Qarabağ"dakı gələcək karyerası ilə bağlı AÇIQLAMA

"Qarabağ"ın futbolçusu Olavio Juninyo Azərbaycan kubokunun yarımfinal mərhələsinin "Neftçi" ilə cavab görüşündən sonra jurnalistlərə açıqlama verib.

Oxu24.com xəbər verir ki, 27 yaşlı hücumçu əvvəlcə komandasının finala adlaması haqqında danışıb:

"Təbii ki, qeydə alınan nəticəyə və finalda olduğumuza görə xoşbəxtik. Titulu qazanmağa cəmi 1 oyun qalıb".

O, finaldakı rəqiblərinin "Zirə" olmasına da toxunub: "Bu, final oyunudur və bir matçdan ibarətdir. Kim daha hazırlıqlı olacaqsa, o da qələbə qazanacaq".

O, "Neftçi"yə ilk görüşdə 4:0 hesabı ilə qalib gəlməklərinə baxmayaraq, cavab matçında da istəkli oynayaraq 4:1 hesablı qələbə qazanmaqlarının səbəbini də açıqlayıb: "Məşqçimiz bizim rahatlaşmağımıza imkan vermir. Hər oyuna qələbə üçün köklənirik".

Braziliyalı futbolçu "Qarabağ"da qalıb-qalmayacağı haqda suala belə cavab verib: "Hələ "Qarabağ"la 2 illik müqaviləm var. Amma bu, futboldur. Futbolda hər şey olur. Gələcəklə bağlı nəsə demək asan deyil. Mən buna köklənmişəm ki, hələ klubla 2 illik müqaviləm var".

O, sonda adının tez-tez Fransa klubları ilə hallanması haqqında danışıb: "Sözün düzü, mənim heç nədən xəbərim yoxdur. Bu məsələlərlə menecerim məşğul olur. Dediyim kimi, "Qarabağ"la 2 illik müqaviləm var. Azərbaycanda, "Qarabağ"da xoşbəxtəm. Yalnız buna köklənmişəm. Başqa nəsə deyə bilmərəm".

Qeyd edək ki, Juninyo ötən ilin yayından "Qarabağ"da oynayır. Onun Ağdam klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir

Избранный
72
6
oxu24.com

7Источники