London, 25 aprel, AZƏRTAC
İngiltərə və Uelsdə mağazalarda baş verən oğurluq halları son 20 ilin rekord səviyyəsinə yüksəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə Britaniya Milli Statistika İdarəsi məlumat yayıb.
Bildirilib ki, 2023-cü ildə mağazalardan ümumilikdə 430 min 104 oğurluq hadisəsi qeydə alınıb. Bu da bir il öncəki 315 min 040 oğurluq halından 37 faiz çoxdur.
Qeyd edilib ki, şəxslərdən edilən oğurluqlar da artıb. Bununla bağlı hadisələrin sayı 2022-ci illə müqayisədə 18 faiz artaraq ümumilikdə 125 563-ə çatıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London