Dünyanın ən böyük daşıyıcılarından biri olan Almaniyanın FlixBus şirkəti Rusiya, Çin və Belarusda fəaliyyət göstərmir.
Valyuta.az xəbər verir ki, FlixBus şirkətinin təsisçisi və baş direktoru Andre Şvammlayn bu barədə NV Business-ə müsahibəsində bildirib.
“Biz qlobal olaraq özümüz üçün müəyyən etdik ki, biz Çində, Rusiyada... və Belarusda işləməyəcəyik. Hansı tərəfdə olduğunuzu seçmək lazım olanda belə olur. Biz tammiqyaslı müharibə başlayandan dərhal sonra Rusiya biznesini bağladıq”, - Şvammlayn qeyd edib.
Nicat