Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb
Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya tələb 75,4 milyon dollar təşkil edib. Yeniavaz.com xəbər verir ki, bundan əvvəlki – 23 aprel tarixində keçirilən sonuncu hərracla müqayisədə valyutaya tələb 2 milyon dollar azalıb. Belə ki, 23 aprel tarixində keçirilən hərracda 77,4 milyon dollar həcmində valyuta satılıb. Məlumat üçün bildirək ki, bu ilin əvvəlindən ötən dövr ərzində Mərkəzi Bank tərəfindən 29 hərrac keçirilib və bu hərraclarda ümumilikdə 2 milyard 332,7 milyon dollar satılıb.
9 yanvar – 74,9 milyon dollar 11 yanvar – 80,4 milyon dollar 16 yanvar – 52,9 milyon dollar 18 yanvar – 58 milyon dollar 23 yanvar – 43,9 milyon dollar 25 yanvar – 42,8 milyon dollar 30 yanvar – 64,2 milyon dollar 1 fevral – 78,7 milyon dollar 6 fevral – 79,7 milyon dollar 8 fevral – 61,4 milyon dollar 13 fevral – 151,5 milyon dollar 15 fevral – 103,9 milyon dollar 20 fevral – 102,6 milyon dollar 22 fevral – 108,1 milyon dollar 27 fevral – 105,1 milyon dollar 29 fevral – 80 milyon dollar 5 mart – 68,9 milyon dollar 7 mart – 79,1 milyon dollar 12 mart – 79,4 milyon dollar 14 mart – 83,3 milyon dollar 19 mart – 93 milyon dollar 28 mart – 94,6 milyon dollar 2 aprel – 97,9 milyon dollar 4 aprel – 64,5 milyon dollar 9 aprel – 78,9 milyon dollar 16 aprel – 72,4 milyon dollar 18 aprel – 79,8 milyon dollar 23 aprel – 77,4 milyon dollar 25 aprel – 75,4 milyon dollar