RU

Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir

Türkmənistan yaxın gələcəkdə Xəzər dənizinin şərqində yerləşən Qara-Boğaz-Gök körfəzinin mineral ehtiyatlarının mənimsənilməsi üçün zavod inşa etməyi planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə “Türkmənhimiya” dövlət konserninin sədri Dövranqeldi Sapbayev məlumat verib.

O, bu körfəzi dünyada natrium sulfat və digər faydalı mineralların ən böyük yatağı adlandırıb: “Körfəzin mineral sərvəti maqnezium, natrium duzları, brom və bor birləşmələrinin bütün çeşidlərinin istehsalı üçün tükənməz xammal mənbəyidir. Buna görə də biz yaxın gələcəkdə Qara-Boğaz-Göl körfəzinin mineral-xammal ehtiyatlarının mənimsənilməsi üçün müasir kimya müəssisəsinin tikintisi layihəsinin həyata keçirilməsini nəzərdə tuturuq.

D.Sapbayev əlavə edib ki, Türkmənistan yod ehtiyatlarına görə dünyada aparıcı yerlərdən birini tutur.

Избранный
155
6
ikisahil.az

10Источники