Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir.
Teleqraf.com xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycanın energetika naziri, COP29-un prezidenti Muxtar Babayevlə bu gün Berlində keçirilən 15-ci Petersberq İqlim Dialoqunun nəticələrinə dair brifinqdə deyib.
"Azərbaycan bununla iqlimin mühahizəsi ilə bağlı üzərinə vacib öhdəlik götürüb. Siz bizim dəstəyimizə arxayın ola bilərsiniz. Üçlüklə, yəni BƏƏ, Braziliya və Azərbaycandan olan COP sədrləri ilə iqlim naminə Dubaydan, Berlindən Bakıya aparan körpünün üzərində birgə işləyək. Ümid edirəm ki, bu körpü Azərbaycan və Ermənistan arasında sülhə xidmət edəcək. Əməkdaşlığımıza şadam".
Qeyd edək ki, COP29 konfransının Azərbaycanda keçirilməsi barədə qərar rəsmi olaraq 11 dekabr 2023-cü ildə Dubayda elan edilib. Azərbaycan bu ilin noyabrında tədbirə ev sahibliyi edəcək.