İlham Əliyev Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşdü
Azərbaycan Prezidentinin təyyarəsi Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə uçuş həyata keçirib. Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkə hesabında məlumat yayıb. “Unudulmaz və tarixi uçuş: Füzulidən Berlinə! Möcüzələr inandığınız zaman baş verir!” - Hacıyev bildirib. Qeyd edək ki, daha öncə Prezident İlham Əliyevin aprelin 26-da Almaniya Kansleri Olaf Şoltsla Berlində danışıqlar aparacağı barədə məlumat verilib.