RU

Britaniya İrana yeni sanksiyalar tətbiq etdi

Böyük Britaniya İrana qarşı sanksiyaları genişləndirib.

Milli.Az APA-ya istinadən bildirir ki, Britaniya İranın İsrailə etdiyi raket hücumuna cavab olaraq İranın PUA sənayesinə qarşı yeni sanksiyalar elan edib.

ABŞ və Kanada ilə koordinasiyalı şəkildə tətbiq edilən tədbirlərin İranın pilotsuz uçuş aparatlarını işə salma imkanlarını məhdudlaşdırmaq məqsədi daşıdığı bildirilib.

Qeyd olunub ki, sanksiyalar PUA istehsal edən şirkətlər şəbəkəsinin dörd müəssisəsini və iki direktorunu hədəf alır.

"İran rejiminin İsrailə təhlükəli hücumu minlərlə mülki itki və daha geniş regional eskalasiya riski yaradıb. Bu gün Böyük Britaniya və bizim tərəfdaşlarımız aydın mesaj göndərib: biz İranın destruktiv davranışına görə məsuliyyət daşıyanlardan hesab soruşacağıq", - Britaniyanın xarici işlər naziri Devid Kameron deyib.

Britaniya həmçinin İrana dron və raket komponentlərinin ixracına dair yeni qadağalar gətirəcəyini bəyan edib.

Xatırladaq ki, İran aprelin 13-də Dəməşqdəki konsulluğuna iki həftə əvvəl edilmiş hücuma cavab olaraq İsrailə raket və dronlarla hücum edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
208
26
milli.az

10Источники