Müğənni Sevda Yahyayeva və həyat yoldaşı Zakir Bayramov İspaniyaya səyahətə yollanıb.
OLAY yazır ki, cütlük Barselonada yerləşən “La Sagrada Familia” kilsəsinə daxil olmaq istəsə də bilet tapa bilməyib. Bu barədə Sevda sosial media hesabında paylaşım edib.
Onun həyat yoldaşı Zakir 4-cü dəfədir sözügedən şəhərə getdiyini, lakin bilet tapa bilmədiyini söyləyib.
İfaçı həmin kilsəni gün ərzində 100 min insanın ziyarət etdiyini bildirib.