Odlu silahdan atəş açaraq vəfat edən sabiq baş pediatr Nəsib Quliyev dünən Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib. Dəfndən sonra mərhumun yaşadığı evində yas mərasimi keçirilib.
Milli.Az bildirir ki, musavat.com-un əməkdaşları sabiq baş pediatrın yas mərasiminə gələn yaxınları ilə söhbətləşib, bəzi suallara aydınlıq gətirməyə çalışıblar. Məlum olub ki, mərhumun yas mərasimində xanımı və övladları iştirak etməyiblər.
Qeyd edək ki, ölkənin sabiq baş pediatrı Nəsib Quliyevin vəfatı haqda sensasiyalı məlumat yayılıb.
Məlumata görə, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin yazdığı məktubla ailə üzvləri tanış edilib.
İddiaya görə, N.Quliyev ölümümün səbəbi kimi hazırda məşhur klinikalardan birində işləyən xanımı (ad-soyadını istintaq getdiyi üçün açıqlanmır - red.) göstərib. Onun xanımla bağlı hansı məsələyə görə bu addımı atması isə açıqlanmır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun