RU

Sosial şəbəkələrdə səs yazısı yayılan narkotacir ələ keçdi - VİDEO

Vətəndaşları şantaj edərək pul tələb edən şəxsin sosial şəbəkələrdə səs yazısı yayılıb.
 
Müxtəlif səs yazılarında “Emin Qoca” ləqəbli Emin Hüseynli polis idarələrinin adından istifadə edərək insanlara hədə-qorxu gəlib. O, telefonla danışdığı şəxsləri narkotik vasitələrin satışında ittiham etməyə çalışaraq onları şantaj edib.
 
E.Hüseynli həmçinin külli miqdarda narkotik vasitələri öz avtomobilində daşıması barədə fikirlər səsləndirərək danışdığı şəxslərə təsir edib. Səs yazısı yayılan şəxs hansı ərazilərə nə qədər narkotik verdiyini, bunun qarşılığında nə qədər pul aldığını da qeyd edib.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov bildirib ki, həmin şəxs saxlanılıb:
 
“Füzuli rayon sakini olan 1995-ci il təvəllüdlü Emin Muğan oğlu Hüseynli narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün paytaxt ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə heroin aşkarlanıb. Yasamal Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir”.
 
Ətraflı Baku TV-nin süjetində:

 

Избранный
162
50
moderator.az

10Источники